METBUAT.AZ

Dünya

Çin və Rusiya müdafiə nazirləri Pekində görüşdü

14 Oktyabr 2024 21:44

Çinin müdafiə naziri Dong Cün paytaxt Pekində ölkəsinə səfər edən rusiyalı həmkarı Andrey Belousov ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyindən məlumata verilib.

Bildirilib ki, nazir Donq görüş zamanı bu il Çin və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünün qeyd olunduğunu xatırladaraq iki ölkənin ordularının dövlət başçılarının müəyyən etdiyi yolda ölkələrin ortaq maraqlarını və qlobal strateji sabitliyi qorumalı olduğunu vurğulayıb.

Rusiya tərəfindən verilən açıqlamada isə nazir Belousov Çinlə əlaqələrin hər istiqamətdə inkişaf etdiyini və yüksək səviyyədə olduğunu bildirib. O, Rusiya-Çin hərbi əməkdaşlığı müdafiə gücünün artırılmasında, qlobal və regional sabitliyin qorunmasında mühüm amildir olduğunu bildirib.

Belousov Çinlə quruda, dənizdə və havada mütəmadi olaraq ortaq təlim və təcrübələrin keçirildiyinə diqqət çəkərək iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində əldə olunan razılaşmaların həyata keçirilməsinə böyük önəm verdiklərini qeyd edib.


metbuat.az.