14 Oktyabr 2024 12:18
Braziliya Prezidenti Lula da Silva ölkənin Futbol Federasiyasının prezidenti ilə görüşüb.
Metbuat.az xəbər verir ki, o görüş zamanı Futbol Federasiyasına sürpriz təklif irəli sürüb. Prezident Braziliya millisinə bundan sonra sadəcə Braziliya klublarında çıxış edən futbolçuların çağırılmasını təklif edib. Yerli medianın məlumatına görə, Futbol Federasiyasında təklif müzakirə edilib. Bildirilir ki, təklif qəbul edilərsə, Avropa klublarında oynayan braziliyalı futbolçular milliyə çağırılmayacaq. Bəzi dairələr təklifə etiraz etsə də, bunun milli üçün uğurlu olacağını irəli sürən dairələr də var. Təklif həyata keçirilərsə, hazırda dünyanın ən yaxşı futbolçularından hesab edilən Vinisius Junior da milliyə çağırılmayacaq.
Qeyd edək ki, hazırda Braziliyanın bir sıra ulduz futbolçuları Avropa klublarında forma geyinir.