METBUAT.AZ

Siyasət

Deputata ad günündə “Şöhrət” ordeni verildi -

5 Oktyabr 2024 14:05

Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla S.Hacıyev Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə ordenə layiq görülüb.

Qeyd edək ki, bu gün Milli Məclisin deputatı Sabir Hacıyevin 70 yaşı tamam olur.


metbuat.az.