28 Oktyabr 2024 21:42
Daxili İşlər Nazirliyi Lənkərandakı insidentlə bağlı açıqlama yayıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, şəxsi münasibətlər zəminində baş vermiş həmin insidentlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.
Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.