3 Oktyabr 2024 15:11
Daxili İşlər Nazirliyi (DİN) və Ədliyyə Nazirliyinin Penitensiar xidməti birgə əməliyyat keçirib, “AKS-74” markalı avtomat silah götürülüb.
Metbuat.az xəbər verir ki, bu barədə Penitensiar xidmət məlumat yayıb.
Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində Nəsimi rayonu, Hüseyn Seyidzadə 2 ünvanının qarşısındakı dəmir qarajın önündə gizlədilmiş Ağayev Qurban Fərhad oğluna məxsus 1 ədəd “AKS-74” markalı avtomat silah, 1 ədəd daraq və 3 ədəd güllə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.