METBUAT.AZ

Dünya

Dünyanın ilk qatlanan qanadlı PUA-sı bu testi də keçdi -

11 Oktyabr 2024 22:57

Türkiyənin "Baykar" şirkəti tərəfindən hazırlanan "Bayraktar TB3 PT-2" silahlı pilotsuz uçuş aparatı (PUA) rampa ilə uçuş testini uğurla tamamlayıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Cümhuriyyətin 100 illiyi münasibətilə 27 oktyabr 2023-cü ildə ilk uçuşunu həyata keçirən "Bayraktar TB3 PT-2" PUA testlərini davam etdirir. "TB3 PT-2"nin rampa ilə həyata keçirilən uçuş testi uğurla tamamlanıb. İndiyədək keçirilən test uçuşlarında ümumilikdə 765 saat havada olub.

Xüsusi qatlanabilən qanadları sayəsində "TCG Anadolu" kimi qısa uçuş-enmə zolağı gəmilərində qalxma və enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq.

Qeyd edək ki, Türkiyə istehsalı olan "PD-170" mühərriki ilə təchiz edilmiş PUA 2023-cü ildə keçirilən uzunmüddətli uçuş testində 32 saat ərzində havada qalaraq 5 min 700 kilometr məsafəni qət etmişdi.


metbuat.az.