25 Oktyabr 2024 14:15
"Atletiko Madrid" və "Mançester Yunayted"in əfsanəvi futbolçularından Dieqo Forlan idmana qayıdır.
Metbuat.az xəbər verir ki, futbolçu bu dəfə qüvvəsini başqa sahədə sınayacaq. Forlan Uruqvay Açıq Tennis Turnirində qoşa yarışlarda mübarizə aparacağını açıqlayıb. Məlumata görə, o argentinalı ortağı Federiko Koria ilə cütlüklərdə mübarizə aparacaq. Forlanın sözlərinə görə, o turnirdə inamlı mübarizə aparmaq üçün gərgin məşqlər edib. Futbolda böyük uğurlar qazandığını ifadə edən Forlan bildirib ki, o tenis turnirində də yaddaqalan çıxış sərgiləyə bilər.
Forlan fiziki baxımdan yaxşı vəziyyətdə olduğunu ifadə edib. Keçmiş futbolçu tenisə böyük marağı olduğu üçün bu sahədə qüvvəsini sınamaq istədiyini ifadə edib.