METBUAT.AZ

İdman

Əməkdar məşqçi qəfil vəfat etdi -

9 Oktyabr 2024 09:41

Əməkdar məşqçi və SSRİ idman ustası Qurbanxan Məhərrəmov vəfat edib.

Metbuat.az xəbər verir ki, 60 yaşlı idman ustası ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, o, 1964-cü ildə Biləsuvar rayonunda anadan olub. Biləsuvar rayonun boks idmanın inkişafında xidmətləri olub. Ali təhsilini Azərbaycan Dövlət İdman Akademiyasında alıb. Dəfələrlə ölkə, beynəlxalq əhəmiyyətli yarışlarda birincilik əldə edib. Tələbələri boks üzrə Dünya və Avropa çempionu olub. Həmçinin o, uzun illər Biləsuvar Uşaq-Gənclər İdman Şahmat Məktəbinə rəhbərlik edib.


metbuat.az.