METBUAT.AZ

Ölkə

Emin Ağalarov çatdırılma şirkəti açdı

9 Oktyabr 2024 12:32

3 oktyabr 2024-cü ildə İş adamı Emin Ağalarovun adına Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən yeni çatdırılma şirkəti dövlət qeydiyyatına alınıb.

Metbuat.az Fed.az-a istinadla xəbər verir ki, şirkətin adı “Restaurants Delivery by Emin Ağalarov” Məhdud Məsuliyyətli Cəmiyyətidir (VÖEN: 1806832481).

Şirkət 100 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Rəşad Kərimov Raif oğludur.

Hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Nardaran Ləhiş yolu, ev 32X ünvanıdır.


metbuat.az.