METBUAT.AZ

Ölkə

"Ər" və "arvad" tarixə qovuşur? -

8 Oktyabr 2024 16:07

Azərbaycan qanunvericiliyində "ər-arvad" ifadələrinin "həyat yoldaşı" sözləri ilə əvəz olunması təklif edilir.

Metbuat.az xəbər verir ki, bu təkliflə Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.

Deputat qeyd edib ki, cəmiyyətdə "ər-arvad" ifadəsi daha az istifadə olunur və "həyat yoldaşı" termini daha çox yayılıb.

"Anna Akopyan Şuşada gülərək bizə meydan oxuyanda "Paşinyanın arvadı" ifadəsini işlətdim və bu səbəbdən tənqidlərə məruz qaldım. Halbuki qanunvericiliyimizdə, məsələn, Prezidentin maliyyə təminatı ilə bağlı qanunda da "əri" və "arvadı" ifadələri yer alır", - deyə Həsənquliyev bildirib.


metbuat.az.