METBUAT.AZ

Dünya

Ərdoğan Serbiyaya getdi

11 Oktyabr 2024 10:16

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfər edib.

Metbuat.az xəbər verir ki, Belqradın Nikola Tesla adına Beynəlxalq Hava Limanında Rəcəb Tayyib Ərdoğanı Serbiya Prezidenti Aleksandar Vuçiç qarşılayıb.

İki günlük səfər çərçivəsində Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi keçiriləcək, həmçinin təkbətək və geniş tərkibdə görüşlər baş tutacaq.

Bununla yanaşı, Serbiya ilə Türkiyə arasında əməkdaşlıq üzrə Ali Şuranın dördüncü iclası keçiriləcək, müxtəlif sazişlər imzalanacaq və hər iki prezidentin iştirakı ilə biznes forumu təşkil ediləcək.


metbuat.az.