METBUAT.AZ

Siyasət

Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır -

8 Oktyabr 2024 20:22

Ermənistan öz ərazisində bütün kommunikasiyaları açmağa hazırdır.

Metbuat.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistan nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə hazırdır: “Beləliklə, Ermənistan qarşılıqlı suverenliyə hörmət etməklə sərhəd nəzarəti prosedurlarını sadələşdirməyə hazırdır”.

Hökumət başçısı söyləyib ki, Ermənistan ərazisində təhlükəsiz tranzit bu ölkənin öhdəliyidir: “Və biz bu təhlükəsizliyə zəmanət veririk”.


metbuat.az.