13 Oktyabr 2024 11:06
Ermənistan buğda qıtlığı problemi ilə üzləşib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan əhalini strateji məhsul qıtlığının qarşısını almaq üçün buğda əvəzinə düyüyə keçməyə çağırıb.
Qriqoryan öz təklifini əsaslandırıb ki, Ermənistan ərzaq təhlükəsizliyinin keyfiyyətini yaxşılaşdırmalı, "yeni reallığa" uyğunlaşmalı və yeganə strateji məhsuldan asılılıq dayandırmalıdır.
"Buğda strateji mal ola bilər, ancaq hansısa anda düyüyə keçə bilər, strateji mal olaraq düyüyə sahib ola bilərik", - Qriqoryan deyib.