METBUAT.AZ

Dünya

Fətullah Gülən öldü

21 Oktyabr 2024 09:37

FETÖ təşkilatının başçısı Fətullah Gülənin öldüyü açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə FETÖ-nun nəşr orqanı "Herkul" məlumat yayıb.

Terror təşkilatının liderinin ölümü barədə məlumatı Gülənin qardaşı oğlu Əbusələmə Gülən də sosial şəbəkə hesabında təsdiqləyib.

Qeyd edək ki, 83 yaşlı Fətullah Gülən qırmızı bülletenlə axtarışa verilmişdi. O, 1999-cu ildən indiyə kimi ABŞ-nin Pensilvaniya ştatındakı Saylorsburg qəsəbəsindəki malikanədə yaşayırdı.


metbuat.az.