METBUAT.AZ

İqtisadiyyat

Fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz artırılır

16 Oktyabr 2024 14:40

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1 milyard 989 milyon manatının və yaxud 5,2 %-nin fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,9 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.


metbuat.az.