METBUAT.AZ

Ölkə

Füzuli şəhərində 1000-dən çox sakin işlə təmin olunub

17 Oktyabr 2024 11:54

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər qazandığı 44 günlük Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si Füzuli şəhərinin və ətraf kəndlərinin erməni işğalından azad edildiyi gün kimi tariximizə yazılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması işlərini aparır. Füzuli şəhərinə köçürülən sakinlərdən də artıq 1018 nəfərin məşğulluğu təmin edilib.

Özünüməşğulluq proqramı çərçivəsində həmin sakinlərdən 35 nəfəri üçün kiçik təsərrüfatlar qurulub, yaxın günlərdə daha bir qrup sakin üçün də təsərrüfatlar yaradılacaq. Sakinlərdən 28 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib.


metbuat.az.