31 Oktyabr 2024 23:09
"Samsung"un "Galaxy S" seriyasında yenidən markalaşmaya getməsi gözlənilir.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət "Galaxy" markasını premium seqmentdən çıxararaq ayrıca marka yaradacağı iddia olunub.
Məlumata görə, "Samsung" şirkəti "Galaxy" markasını daha çox orta seqmentdə olan istifadəçilər üçün istifadə etməyi, premium müştərilər üçün isə xüsusi marka hazırlamağı düşünür.
Əvvəllər "Samsung"un "Ultra" modelinin adını "Note" olaraq dəyişəcəyi və bu ad altında davam edəcəyi iddia edilsə də, görünür ki, artıq vəziyyət fərqlidir. Şirkətin premium modellərdən "Galaxy" markasını tamamilə çıxarması gözlənilir. Bu dəyişikliklər isə hələ təsdiqlənməyib və şirkətin hər iki variantı dəyərləndirdiyi bildirilib.