METBUAT.AZ

Ölkə

General Azər İbrahimov vəzifəsindən azad edildi

21 Oktyabr 2024 19:29

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov vəzifəsindən azad edilib.

Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, general İbrahimov sərəncama götürülüb.

Akademiyanın rəisi vəzifəsinin icrası general-mayor Faiq Məmmədova həvalə edilib.


metbuat.az.