METBUAT.AZ

Ölkə

Goranboyda ər və arvad faciəvi şəkildə vəfat etdi

31 Oktyabr 2024 20:25

Goranboyda iki nəfər dəm qazından boğularaq ölüb.

Metbuat.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Kəlbəcər rayon sakinləri - 1958-ci il təvəllüdlü Əkbərov Kamal Qurbanlı oğlu və həyat yoldaşı, 1960-cı il təvəllüdlü Əkbərova Aidə Əli qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.