METBUAT.AZ

Region

"Gürcü Arzusu 150 deputat yerindən 89-nu qazanıb" -

28 Oktyabr 2024 14:05

Parlament seçkilərində Gürcüstanın hakim partiyası, Gürcü Arzusu - Demokratik Gürcüstan, 150 deputat yerindən 89-nu qazanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili açıqlama verib.

“Müxalifət, parlamentin legitim olmayacağı ilə bağlı yanlış məlumat yayır. Amma parlament qanuni şəkildə toplaşacaq və 76 səs ilə 150 deputatın səlahiyyətləri tanınacaq. Bildiyim qədərilə, Gürcü Arzusunun 89 mandat hüququ var. Beləliklə, 2020-ci ildə olduğu kimi, Gürcüstan parlamenti öz iclaslarını keçirəcək və işini davam etdirəcək,” - deyə Papuaşvili bildirib.


metbuat.az.