METBUAT.AZ

Region

Gürcüstan MSK son nəticələri açıqladı

27 Oktyabr 2024 11:29

Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri ilə əlaqədar seçki məntəqələrinin 97 faizində səslər hesablanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumat yayıb.

Bildirilir ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası 3018 məntəqədən 1 milyon 87 min 801 səs toplayıb. Bu da ümumi səslərin 54,24 faizini təşkil edir.

Müxalifət partiyaları isə ümumilikdə 37,33 faiz səs toplaya bilib.

“Dəyişikliklər üçün Koalisiya” (Axali, Qirçi-daha çox azadlıq, və “Droa”) – 10,81 faiz (216 691 səs);

“Birlik - Milli Hərəkatı” (Vahid Milli Hərəkat, “Strategiya Aqmanaşenebeli” və “Avropa Gürcüstanı”) – 10.07 faiz (201 937 səs);

“Güclü Gürcüstan” (Gürcüstan üçün Lelo”, “Xalq üçün”, “Azadlıq meydanı” və “Vətəndaşlar”– 8,72 faiz (174 921 səs);

“Qaxaria Gürcüstan üçün” - 7.73 faiz (154 916 səs).

Səsvermədə seçici fəallığı 58,94 faiz olub.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri ilk dəfə proporsional sistem üzrə, səsvermə isə elektron texnologiyaların tətbiqi ilə keçirilib.


metbuat.az.