27 Oktyabr 2024 22:03
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının qalib gəlməsini total saxtakarlıq kimi qiymətləndirib.
Metbuat.az TASS-a istinadən xəbər verir ki, Zurabişvili keçirdiyi brifinqdə bu seçkiləri tanımadığını bəyan edib.
“Ölkədə qalan yeganə müstəqil qurumun rəhbəri kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram”, - deyə o vurğulayıb.
Zurabişvili həmçinin qeyd edib ki, ölkə vətəndaşlarının səslərinin oğurlandığına və seçkilərin nəticələrinin saxtalaşdırıldığına şahid olublar: "Seçkilərin nəticələrini manipulyasiya etmək üçün müxtəlif üsullardan istifadə edildi,” - deyə o əlavə edib.