METBUAT.AZ

Region

Gürcüstanda seçkilərin nəticələri bəlli olur

26 Oktyabr 2024 20:35

Gürcüstanda parlament seçkilərinin eksitpol nəticələri açıqlanıb.

Mtebuat.az xəbər verir ki, sorğunun ilkin nəticələrinə görə yalnız 4 partiya 5 faizlik baryeri keçə bilib.

Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası 56,1 faiz səs toplayıb.

“Dəyişiklik üçün Koalisiya” – 12,6 faiz,

“Milli Hərəkatla Birlik” – 11,6 faiz,

“Güclü Gürcüstan” – 7,0 faiz

“Gürcüstan üçün xoşbəxtəm” – 4,8 faiz səs toplayıb.

Qeyd edək ki, eksitpolu "İmedi" televiziya kanalının sifarişi ilə "Qorbi" şirkəti keçirib.


metbuat.az.