17 Oktyabr 2024 18:35
İsrail ordusu, Qəzzaya hücum zamanı HAMAS lideri Yəhya Sinvarın öldürülüb-öldürülmədiyini araşdırır.
Metbuat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
"İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində 3 HAMAS üzvü zərərsizləşdirilib. Onlardan birinin HAMAS lideri Yəhya Sinvar olması ehtimalı araşdırılır. Hazırda terrorçuların şəxsiyyətini təsdiqləmək mümkün deyil", - deyə İDF sözçüsü bildirib.