METBUAT.AZ

Ölkə

Həmyaşıdı tərəfindən öldürülən şagirdin

3 Oktyabr 2024 22:09

Xəbər verildiyi kimi, oktyabrın 2-sində Sabunçu rayonunda 71 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi 2008-ci il təvəllüdlü A.S (şərtidir) D.N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb.

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Sabunçu rayon Prokurorluğundan verilən xəbərə görə, araşdırmalarla yetkinlik yaşına çatmayan şəxsin rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı həmyaşıdına bıçaqla bud nahiyəsinə xəsarət yetirməsi nəticəsində müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, A.S (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.


metbuat.az.