METBUAT.AZ

Dünya

Həsən Nəsrullahın necə dəfn edildiyi bilindi

4 Oktyabr 2024 15:10

Sentyabrın 27-də İsrailin Beyruta endirdiyi aviasiya zərbəsi nəticəsində həlak olan "Hizbullah" hərəkatının baş katibi Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı "Sky News Arabia" telekanalı təşkilata yaxın mənbələrə istinadən yayıb.

Məlumata əsasən, bu qərar dəfn mərasiminin İsrailin hava hücumunun hədəfi ola biləcəyi təhlükəsi nəzərə alınaraq verilib. Mənbənin bildirdiyinə görə, "Həsən Nəsrullahın açıq dəfn mərasiminin keçirilməsinə şərait yaranana qədər gizli yerdə basdırılması qərara alınıb".


metbuat.az.