METBUAT.AZ

Dünya

"Hizbullah" Livanda İsrail əsgərlərini hədəf aldı -

28 Oktyabr 2024 21:14

"Hizbullah" silahlıları Livanın cənubundakı Kefr Kila qəsəbəsi yaxınlığında İsrail ordusuna məxsus texnikaya və əsgərlərə hücum edib.

Metbuat.az "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə hərəkat özü məlumat yayıb.

"Hizbullah" və İsrail əsgərləri arasında baş verən toqquşmada İsrail ordusunun itki verdiyi bildirilib. İsrailin Hayfa bölgəsindəki hərbi baza və əsgər qruplarına da çox sayda raket atılıb.

İsrail ordusundan isə cənubi Livandan İsrailin şimalına və Hayfa şəhərinə 35 raketin atıldığını, xəbərdarlıq siqnallarının işə düşdüyünü açıqlayıb. İsrail bəzi raketləri zərərsizləşdirsə də, onlardan bir neçəsi açıq ərazilərə düşüb.

Qeyd edək ki, 8 oktyabrdan bəri İsrailin Livanda həyata keçirdiyi hücumlarda 2,672 nəfər ölüb, 12,468 nəfər yaralanıb. İsrail bombardmanı ilə yüz minlərlə insanın məcburi köçkün olduğu, onlardan 486 mindən çoxunun Suriyaya keçdiyi bildirilir.


metbuat.az.