METBUAT.AZ

İdman

"İki Çempionlar liqasını qazandım" deyən Vinisiusa sərt cavab

2 Oktyabr 2024 20:14

Derbi oyununda “Atletiko Madrid”in futbolçusu De Paul ilə “Real Madrid”in futbolçusu Vinisus arasında baş verən gərginlik zamanı maraqlı dialoq yaşanıb.

Metbuat.az xəbər verir ki, Vinisius rəqibinə “İki Çempionlar liqasını qazandım. Zəif olduğun üçün heç nə qazanmadın. Amma mən burada “Real Madrid”də oynayıram” deyə bildirib. Paul da rəqibinə tutarlı cavab verib. O “Bir dünya kubokunu qazandım və Braziliyada uğursuz olduğun iki Amerika kubokunu qazandım. Sən ancaq pul üçün oynayan acizsən” deyə bildirib.


metbuat.az.