METBUAT.AZ

Siyasət

İlham Əliyev İspaniya Kralını təbrik etdi

12 Oktyabr 2024 11:50

Prezident İlham Əliyev İspaniyanın Kralı VI Felipeyi ölkənin milli bayramı münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, təbrikdə deyilir:

“Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İspaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.


metbuat.az.