METBUAT.AZ

Texnologiya

"iPhone 17 Pro Max" bununla fərqlənəcək -

28 Oktyabr 2024 20:54

"Apple" "iPhone 17" seriyasında ciddi dəyişikliklər etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə xarici KİV-ə məlumatlar sızıb. Əldə olunan məlumatlara görə, "iPhone 17 Pro Max" modeli daha kiçik, dar "dinamik ada" dizaynına sahib ola bilər.

Analitik Jeff Puya görə, "Apple" bu modeldə "Face ID" funksiyası üçün yeni bir "metalens" texnologiyasından istifadə edə bilər. Ənənəvi "iPhone" kameralarında işığı görüntü sensoruna yönəldən əyri linzalar mövcuddur, lakin "metalens" daha incə və düz bir strukturla işığı daha dəqiq yönəldə bilir. Bu dəyişiklik yalnız "iPhone 17 Pro Max" modelində tətbiq ediləcək. Digər modellərə şamil edilib-edilməməsi hələ ki, bilinmir.


metbuat.az.