METBUAT.AZ

Sosial

​İpoteka fonduna ayrılan vəsait artdı -

14 Oktyabr 2024 09:02

İpoteka fondunun nizamnamə kapitalının artırılması daha artıq ipoteka kreditlərinin verilməsinə zəmin yaradacaq.

Metbuat.az xəbər verir ki, əmlak eksperti Ramil Qasımzadə "Xəzər Xəbər"ə açıqlamasında deyib ki, nizamnamə kapitalının 980 milyon 700 min manatdan 1 milyard 68 milyon 400 min manata qaldırılması İpoteka və Kredit zəmanət fondunun maddi ehtiyatlarını daha da artır. Eləcə də fonda imkan verir ki, daha artıq ipoteka kreditləri verə bilsin.

Ekspert deyir ki, təbii ki, burada bir sıra məhdudiyyətlər də var.

İpoteka kreditlərinə tələbin yüksək olduğunu deyən ekspert ümumilikdə mənzil bazarındakı qiymətlərə də diqqət çəkib.

Daha ətraflı videoda:



metbuat.az.