METBUAT.AZ

Siyasət

İran Prezidenti Şahin Mustafayevi qəbul etdi

14 Oktyabr 2024 16:40

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

M.Pezeşkian bildirib ki, o, İran və Azərbaycan arasında əlaqələrin inkişafına töhfə verəcək istənilən layihə və fəaliyyətləri alqışlayır:

“Biz iki ölkə arasında dəmir yolu və avtomobil marşrutlarının yaradılmasını alqışlayırıq, həmçinin enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın davam etdirilməsini və genişləndirilməsini istəyirik”.


metbuat.az.