17 Oktyabr 2024 01:15
İranın İsrailə raket hücumu nəticəsində dəyən ziyanın dəyəri açıqlanıb.
Metbuat.az xəbər verir ki, İsrail Vergi Xidmətinin məlumatına görə, hücum 150-200 milyard şekel (40-53 milyon dollar) arasında ziyana səbəb olub. Bu məbləğ 2023-cü il oktyabrın 7-də Qəzzaya qarşı müharibə başlayandan bəri İsrailin verdiyi ən böyük itki kimi qeydə alınıb. “Jerusalem Post" qəzetinin İsrail Vergi İdarəsinə istinadən məlumatına görə, zərərin yarısından çoxu Təl-Əvivin şimalındakı mənzillər, biznes obyektləri və bir restorana dəyən ziyanla bağlıdır. Zərərlərin qalan hissəsi İsrailin mərkəzində, Təl-Əvivin cənubunda, məktəb də daxil olmaqla digər ərazilərdə qeydə alınıb.
Xəbərdə bildirilib ki, hesablanan xərcə Tel Nof və Nevatim hava bazalarına dəyən ziyan daxil deyil. İsrail hökumətinin hesabatları göstərir ki, İran hücumda qabaqcıl silahlardan istifadə edib və raketləri onun hava məkanına daxil olub.