METBUAT.AZ

Dünya

İranın XİN rəhbəri Beyrutda Livanın baş naziri ilə görüşdü

4 Oktyabr 2024 16:08

İranın xarici işlər naziri Abbas Əraqçi Livanın Baş naziri Nəcib Mikati ilə görüş keçirib.

Metbuat.az xəbər veirr ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Görüş zamanı Nəcib Mikati İrana Livan hökuməti və xalqına çətin anlarda göstərdiyi dəstəyə görə təşəkkür edib. O, Abbas Əraqçini Livandakı son hadisələr haqqında məlumatlandırıb və BMT Təhlükəsizlik Şurasının fəaliyyətsizliyini pisləyib.

Əraqçi isə İsrailin hücumlarının dayandırılması üçün beynəlxalq təşkilatların birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.


metbuat.az.