8 Oktyabr 2024 22:48
Livan irimiqyaslı müharibənin astanasındadır.
Metbuat.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres belə açıqlama verib. Quterreş Qəzza və bölgədəki vəziyyətlə bağlı BMT-də jurnalistlərə açıqlamalar verib. O bildirib ki, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir. Quterreş Qəzzadakı qətliamlardan danışıb. Qəzzanın şimalının intensiv hücumlara məruz qaldığını vurğulayan Quterreş, İsrailin bölgədə hərbi əməliyyatlarını gücləndirdiyini bildirib. Quterreş Qəzzada insan haqları pozuntularını qınayıb. Yaxın Şərqdə vəziyyətin pisləşdiyini deyən BMT baş katibi, xəbərdarlıqların nəzərə alınmamasına diqqət çəkib.
Quterreş, "Qəzza və Livanda atəşkəs, məhbusların azad edilməsi və humanitar yardımların çatdırılması çağırışlarımızdan əl çəkməyəcəyik" deyə bildirib.