METBUAT.AZ

Dünya

İspaniya diktator Frankonun izlərini silir

9 Oktyabr 2024 22:45

İspaniyada diktator Fransisko Franko dövrünün (1936-1975) ideologiyalarını müdafiə edən fond və dərnəkləri qadağan etmək üçün ilk addımı atıb.

Metbuat.az xəbər verir ki, İspaniya parlamentində qəbul edilən və Senata göndərilən qanun layihəsi, Franko rejimini müdafiə edən dərnək və fond kimi bütün qeyri-hökumət təşkilatlarının fəaliyyətinin qadağan edilməsini nəzərdə tutur. Müxalifətdəki ifrat sağçı Vox partiyası istisna olmaqla, bütün siyasi partiyalar, o cümlədən ana müxalifət Xalq Partiyası, Sosialist İşçi Partiyasının təqdim etdiyi qanun layihəsini dəstəkləyib.

Sözügedən qanun layihəsi Senatda qəbul edilərsə və qanun qüvvəyə minərsə Franko rejiminin ideologiyalarını müdafiə edən bütün QHT-lər, xüsusilə diktator Frankonun ölümündən sonra 1976-cı ildə qurulan və hələ fəaliyyət göstərən Fransisko Franko Fondu qadağan olunacaq.


metbuat.az.