METBUAT.AZ

Dünya

İsrail BMT-nin Qəzza ilə bağlı tələbini rədd etdi

22 Oktyabr 2024 01:19

İsrail BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisini Qəzzadakı Cibaliya qaçqınlar düşərgəsinə təcili giriş tələbini rədd edib.

Metbuat.az xəbər verir ki, bu barədə BMT sözçünün müavini Farhan Haq mətbuat konfransında açıqlama verib. O bildirib ki, İsrailin Cibaliyaya giriş qadağası insanların həyatı bahasına başa gəlir. Farhan Haqın sözlərinə görə, İsrail dağıntılar altında olanlara kömək üçün müraciəti rədd edir. Humanitar yardımların Cibaliya qaçqınlar düşərgəsinə daxil ola bilmədiyini və rabitə vasitələrinin yararsız hala düşdüyünü bildirən Haq, Qəzzanın şimalına edilən hücumların çox sayda insanın didərgin düşməsinə səbəb olduğunu qeyd edib. Haq bildirib ki, BMT-nin Qəzzanın şimalı üçün koordinasiya etdiyi 23 humanitar yardım missiyası da İsrail tərəfindən əngəllənib.

Qeyd edək ki, İsrail Qəzzanın şimalına hücumları intensivləşdirib.


metbuat.az.