METBUAT.AZ

Dünya

İsrail İrana hücum etmək üzrədir -

24 Oktyabr 2024 08:25

ABŞ-ın hücumu yumşaltmaq üçün təzyiqinə baxmayaraq İsrail İrana hücum etmək üzrədir.

Metbuat.az xəbər verir ki, İsrailin dövlət televiziyası KAN adı açıqlanmayan İsrail rəsmilərinə istinadən belə məlumat yayıb. Açıqlamada deyilir ki, İsrail öz tarixinin ən gərgin dövrlərindən birinə, İrana mümkün hücuma hazırlıq mərhələsindədir. Qeyd edək ki, İsrailin müdafiə naziri Yoav Gallant hərbi bazaya səfəri zamanı ölkəsinin İrana mümkün hücumu ilə bağlı açıqlamalar verib. O bildirib ki, İrana hücum etdikdən sonra hər kəs İsrailin hazırlıq və təlim prosesində nələr etdiyini anlayacaq. İran bundan əvvəl İsrailə raket zərbəsi endirib. Təl-Əviv rəhbərliyi İranın bu hücumuna cavab verəcəyini açıqlamışdı.

İsrailin Kanal 13 televiziyasında yayımlanan xəbərdə ABŞ-ın Təl-Əvivdən İrana hücumunu yumşaltmasını istədiyi iddia edilib.


metbuat.az.