17 Oktyabr 2024 22:03
HƏMAS hərəkatın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldüyü barədə xəbərlərə reaksiya verib.
Metbuat.az xəbər verir ki, açıqlamada deyilir ki, manipulyasiyalara etibar edilməməlidir. Açıqlamada Sinvarın ölüb-ölmədiyi barədə məlumatın qeyd edilməməsi diqqət çəkib.
Qeyd edək ki, İsrail ordusu HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarla birlikdə hərəkatın bir neçə liderini zərərsizləşdirildiyi barədə məlumat verib. Məlumatda deyilir ki, Rəfah şəhərində aparılan hərbi əməliyyatlar nəticəsində Yəhya Sinvarla birlikdə hərəkatın rəhbərliyində yer alan bir neçə silahlı öldürülüb. Bu barədə İsrail hökuməti də məlumatlar paylaşıb.