METBUAT.AZ

Dünya

İsrail ordusu Məscidül-Əqsada fələstinlilərə müdaxilə etdi

4 Oktyabr 2024 20:28

Fələstinlilər Məscidül-Əqsada növbəti cümə namazını qılıb.

Metbuat.az xəbər verir ki, İsrail qüvvələri çoxlu fələstinlinin müqəddəs məbədə daxil olmasına icazə verməyib. İsrail ordusu fələstinlilərə müdaxilə edərək, onları ərazidən uzaqlaşdırıb. Fələstinlilər müdaxiləyə təkbir söyləyərək reaksiya verib. İsrail qüvvələri cümə namazını qılmaq istəyən bir çox fələstinlinin qarşısını alıb, hətta onlara təzyiq göstərib. Onlar səkilərdə namaz qılıb. Namaz zamanı İsrail qüvvələri “TRThaber”in əməkdaşlarına da müdaxilə edib.


metbuat.az.