9 Oktyabr 2024 21:43
“Hizbullah” Livanın cənubunda iki məntəqədən sızmağa çalışan İsrail əsgərlərinin hücumunu dəf etdiyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, yazılı açıqlamada əsgərlərin Livanın cənubundakı əl-Lebbun bölgəsindən sızmağa cəhd etdiyi bildirilib. Məlumata görə, “Hizbullah”ın artilleriya atəşi və raket hücumlarından sonra İsrail əsgərləri geri çəkilib. Həmçinin, İsrail əsgərləri Livanın cənubundakı Blida qəsəbəsinə də sızmağa çalışıb. Açıqlamda əsgərlərin partlayıcılarla hədəf alındığı, qarşıdurmalardan sonra İsrail əsgərlərinin hücumunun dəf edildiyi bildirilib.
Qeyd edək ki, İsrail ordusunun açıqlamasında Livanın cənubunda baş verən qarşıdurmalarda 3 əsgərin ağır yaralandığı bildirilib.