4 Oktyabr 2024 23:18
ABŞ-ın “Financial Times” qəzeti İranın raket hücumundan sonra İsrailin İrana qarşı mümkün əməliyyatını təhlil edib.
Metbuat.az xəbər verir ki, məqalədə deyilir ki, İsrail ABŞ-ın dəstəyi olmadan İranın nüvə obyektlərinə qarşı uğurlu əməliyyat həyata keçirə bilməz. Təhlildə bunun səbəbləri sadalanıb. “Financial Times” yazır ki, İsrailin hava qüvvələrinin bu hücumu təkbaşına həyata keçirəcək imkanları yoxdur. Birinci əsas səbəb kimi məsafə göstərilir. İsraillə İran arasındakı məsafənin min kilometrdən çox olduğu və İsrailin İrana çatmaq üçün Səudiyyə Ərəbistanı, İordaniya, İraq, Suriya və potensial olaraq Türkiyənin hava məkanını keçməli olacağı qeyd edilib. İsrailin təkbaşına əməliyyat keçirə bilməməsinin ikinci səbəbi isə yanacaq tədarükü məsələsi olduğu bildirilir.
Üçüncü səbəbi kimi İranın hava hücumundan müdafiə sistemləri göstərilib. İsrailin hədəf ala biləcəyi İranın nüvə obyektlərinin hava hücumundan müdafiə sistemləri ilə çox möhkəm qorunduğu bildirilib.