21 Oktyabr 2024 21:43
İsrailin baş naziri Binyamin Netanyahunun Kayseryadakı evinə pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücumdan sonra Təl-Əviv “Hizbullah”ı təhdid edib.
Metbuat.az xəbər verir ki, İsrail “Hizbullah” mesaj göndərib. “Əl Hadath” televiziyasının adı açıqlanmayan mənbələrə istinadən xəbərinə görə, İsrail “Hizbullah”a göndərdiyi mesajında “Əgər bizim liderlərimizi yenidən hədəfə almağa cəhd etsəniz, Dahiyə bölgəsini (Hizbullahın qalası) məhv edəcəyik” - deyə qeyd edib.
Qeyd edək ki, Binyamin Netanyahu hücumla bağlı açıqlamasında bildirib ki, israillilərə zərər verən hər kəs bunun əvəzini ağır ödəyəcək.