30 Oktyabr 2024 10:48
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha yeddi şəhid dəfn olunacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Dəfn olunacaq şəhidlərdən beşi hərbçi, ikisi isə mülki şəxsdir.
Noyabrın 1-i hərbçilər Ələkbər Babayev Bakının Sabunçu, Maştağa qəsəbəsi Şəhidlər xiyabanında, İsmət Piriyev Göyçay rayonu Çərəkə kəndində yerləşən Şəhidlər xiyabanında, Möhübbət Mustafayev Tərtər rayonu Seydimli kənd qəbiristanlığında, Ramiz Mahmudov Zaqatala rayonu Aşağı Tala kənd qəbiristanlığında, Şahid Məmmədov isə Şəki rayonu Orta Zəyzid kənd qəbiristanlığında dəfn olunacaqlar.
Mülki şəxslərdən Hidayət Qarayev Şuşa şəhər qəbiristanlığında, Cahangir Səfərovun meyit qalıqları isə Ağdam rayonu Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında torpağa tapşırılacaqlar.