3 Oktyabr 2024 09:01
"Kəpəz" futbol klubu heyətini malili yarımmüdafiəçi Mahamadu Ba ilə gücləndirib.
Metbuat.az-ın məlumatına görə, 25 yaşlı futbolçu Gəncə klubunun şərəfini qoruyacaq. Mahamadu Ba ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Mahamadu Ba futbol karyerası ərzində Türkiyənin "Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor" klublarının formasını geyinib. Xüsusilə, o, "Ərzurumspor" və "İstanbulspor"da Türkiyə Super Liqasında çıxış edib.
"Kəpəz"in bu transferi heyəti gücləndirmək məqsədilə atılan növbəti addımlardan biri kimi qiymətləndirilir.