25 Oktyabr 2024 20:22
Türkiyə millisi və "Benfika"nın futbolçusu Kerem Aktürkoğlu Çempionlar Liqasının yeni formatında ilk imza atıb.
Metbuat.az-ın məlumatına görə, "Harry Potter" ləqəbli türk futbolçu Çempionlar Liqasının ilk 3 həftəsində keçirdiyi 3 oyunun hamısında qol vuran yeganə futbolçu olub.
Aktürkoğlu "Srvena Zvezda", "Atletiko Madrid" və "Feyenoord"la keçirdiyi bütün matçlarda qol vuraraq tarixə düşüb.
Çempionlar Liqasında bombardir yarışında da güclü performans göstərən Aktürkoğlu 3 qolla 3-cü yeri paylaşır.
Bombardirlər arasında lider mövqedə Harry Kane 5, ikinci yerdə isə Raphinha 4 qolla mövqe tutur.