METBUAT.AZ

İdman

Kloze Mahir Emreli barədə fikirlərini açıqladı

9 Oktyabr 2024 14:42

Almaniyanın “Nürnberq” futbol klubunun baş məşqçisi Miroslav Kloze komandanın 27 yaşlı forvardı Mahir Emreli haqqında fikirlərini bölüşüb.

Metbuat.az xəbər verir ki, Kloze Emrelinin komandanın digər hücumçusu Stefanos Tzimasla yaxşı anlaşdığını vurğulayıb.

O, “Preussen Munster”ə qarşı keçirilən 3:2 hesablı oyununu dəyərləndirərkən Emreli ilə Tzimas arasındakı qarşılıqlı əlaqənin yaxşılaşdığını qeyd edib. Kloze bildirib ki, beynəlxalq fasilə səbəbilə bəzi məşqləri tamamlamaq mümkün olmasa da, futbolçular qayıtdıqdan sonra daha çox şey üzərində işləyə biləcəklər.


metbuat.az.