METBUAT.AZ

Dünya

Kreml Pxenyanın Ukraynaya ordu göndərməsi barədə iddiaya cavab verdi

21 Oktyabr 2024 23:42

Kremlin sözçüsü Dmitriy Peskov Rusiyanın Şimali Koreya ilə bağlı əlaqələrindən danışıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, bu əməkdaşlıq digər ölkələri narahat etməməlidir, çünki bu əməkdaşlıq üçüncü ölkələrə qarşı deyil. Şimali Koreyanın Rusiyanın ən yaxın qonşusu və tərəfdaşı olduğunu deyən Peskov, iki ölkənin münasibətlərini hər sahədə inkişaf etdirdiyini və bunun onların suverenlik haqqı olduğunu bildirib. Şimali Koreyanın Rusiyaya dəstək üçün əsgər göndərdiyi iddiası ilə bağlı danışan Peskov, məlumatları təkzib edib. O həmçinin, "Bu, xüsusi hərbi əməliyyatın keçirilməsi ilə bağlı sualdır. Müdafiə Nazirliyi ilə əlaqə saxlamaq lazımdır” -deyə cavab verib.

Qeyd edək ki, Cənubi Koreya Şimali Koreyanın Rusiyaya Ukraynada dəstək vermək üçün 20 min əsgər göndərdiyini irəli sürüb.


metbuat.az.