METBUAT.AZ

Şou

Leyla Rəhimova 15 il sonra atasının səsini eşitdi -

29 Oktyabr 2024 16:51

Müğənni Leyla Rəhimova 15 ildən sonra atasının səsini eşidib.

Metbuat.az xəbər verir ki, ifaçı "7 Tamam" verilişinə qonaq olarkən musiqiçi atasının səs yazısını dinləyib. Atası, Adil Rəhimov qızına ünvanladığı mesajda deyib:

"Mənim səhvim oldu ki, onu Rusiyaya getməyə qoydum. Səni çox istəyirəm. Məndən niyə qaçırsan? Sənə nə etmişəm? Hər işində, tədbirində mən iştirak etmişəm. Nə demisən, baş üstə demişəm. Sənin inkişafın naminə hər şey etmişəm. Mənim kimim var ki? İki qızım, bir oğlum var".

Leyla efirdə atasının səsini eşidərkən duyğulanıb, göz yaşlarına hakim ola bilməyib.



metbuat.az.