METBUAT.AZ

İdman

"Lill" məğlubiyyətindən sonra Ardanı kənarə çəkən Ançelotti ona nə deyib?

4 Oktyabr 2024 11:43

"Real Madrid"in məğlubiyyətsizlik seriyası Çempionlar Liqasında "Lill"lə matçda başa çatıb.

Metbuat.az xəbər verir ki, “Real”ın səliqəsiz futbolu Arda Güler və Modriç oyuna daxil olduqdan sonra düzəlsə də, bu, xal qazanmağa kifayət etmədi.

"Marca" qəzeti "Lill" - "Real Madrid" matçından əvvəl Arda Gülerin ilk 11-də oynayacağını yazıb. Futbolçunun məşqdəki uğurlu çıxışı onun start heyətdə olacağını göstərirdi. Lakin baş məşqçi Karlo Ançelotti Arda Gülerə əsas heyətdə forma vermədi. O, zədəli Mbappenin yerinə Endrikə, Arda Gülerin yerinə isə zədəsini sağalmış Camavinqaya üstünlük verib. Dəyişiliklərdən sonra “Real” qol epizodları yaratsa da, fərqlənə bilmədi. 0-1 hesablı məğlubiyyətdən sonra Karlo Ançelotti təyyarəyə minməzdən əvvəl Arda Güleri kənara çəkərək onunla söhbət edib. Ançelotti Ardaya “Bu gün oynamağa layiq idin. Amma fərqli bir qərar verdik” deyə bildirib.


metbuat.az.